Gündəmi zəbt edən tələbə xəstəxanaya yerləşdirilib - Foto, video
Dünən Bakının mərkəzi yollarında 99-ED-717 dövlət qeydiyyat nişanlı “Volkswagen Touareg” markalı avtomobili arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozan 20 yaşlı Rauf Cabbarbəyli xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saxlanıldıqdan sonra Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə təhvil verilən Raufun psixoloji problemlərinin olması müəyyən edilib. Onun həkim nəzarətində saxlanılmasına qərar verilib.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Baş Dövlət Yol Polisi İdarəsindən məlumatı “Qafqazinfo”ya təsdiq ediblər.
O da məlum olub ki, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsi olan Rauf 2020-ci ildə buraxılış imtahanlarında yüksək (238,7) bal toplayıb və hazırlaşdığı tədris mərkəzi ən yaxşı tələbələri arasında onun da fotosunu paylaşıb.
Məsələ ilə bağlı ADNSU-ya sorğu ünvanladıq. Universitetdən müraciətimizə belə cavab verildi:
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
“Cabbarbəyli Rauf Fuad oğlu 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiya fakültəsinin 342.20E saylı qrupuna 572.8 balla qəbul olub. Hər bir kurs üzrə smestr boyu kəsri olmayıb, qarışıq qiymətlər alıb. Ortalaması 72.62-dir. Elektron jurnalda smestrlar üzrə davamiyyət limitini keçməyib. Bu tələbə hazırkı müddətə qədər daxili nizam-intizam qaydalarını pozmayıb”.
Avtosfer.az saytının yaydığı məlumatda Rauf Cabbarbəylinin dünən Azadlıq meydanı yaxınlığında çılpaq soyunaraq sükan arxasında əyləşməsi və oradan başlayaraq avtomobili arxa-arxaya sürdüyü bildirilib. Həmçinin R.Cabbarbəylinin hadisə vaxtı narkotik vasitənin təsiri altında olması iddia edilib
ƏLAQƏLİ
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
