“Gülyanaq “Leyli” üçün 4 min rüşvət verib” – Əməkdar artist
Əməkdar artist Nigar Şabanova Xalq artisti Gülyanaq Məmmədova barədə şok iddia səsləndirib.
Minval.info xəbər verir ki, sənətçi “Hər şey daxil” proqramına telefonla bağlanaraq həmkarının Opera və Balet Teatrında Leyli obrazını canlandırmaq üçün 4000 manat rüşvət verdiyini iddia edib: “Eşitmişəm ki, Gülyanaq Məmmədova pul verib, “Leyli və Məcnun” tamaşasında oynayıb. Gülyanaq xanımın sənət stajı qədər mənim yaşım yoxdur. Onun qazancının yarısını qazanmıram. Mənim yaşım o deyil ki, hər dəfə gedim 3-4 min verim və Leyli oynayım. Mənə maraqlısı odur ki, niyə indi oynayan digər gənclər pul ödəmir, Nigar ödəməlidir?
İllərdir ki, susuram. Amma indi məsələni qaldıracağam. Bura dövlət teatrıdır, özəl klinika deyil. Bir dəfə operada “Leyli” oynadım, uğurlu da alındı. Onda mən pul ödəməmişdim. Sonradan pul istədilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək