Güləş millimizin sabiq baş məşqçisi koronavirusdan öldü
Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti, qadın güləş millimizin keçmiş baş məşqçisi Məhəmməd Əliömərov dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyası məlumat yayıb.
16 gün sonra 68 yaşını qeyd etməli olan M.Əliömərov bu gün vəfat edib. Son günlərini xəstəxanada süni nəfəs aparatına qoşulmuş halda keçirmiş M.Əliömərov ötən ilin fevralından Rusiyanın qadınlardan ibarət güləş millisinin baş məşqçisi işləyirdi.
TASS agentliyinin məlumatına görə, M.Əliömərov yeni növ koronavirusdan ölüb.
Qeyd edək ki, Dağıstanın avarlar yaşayan Tlyaroş kəndində anadan olmuş M.Əliömərov 2011-2015-ci illərdə Azərbaycan millisində baş məşqçi, 2015-2018-ci illərdə Güləş Federasiyasında vitse-prezident işləyib. Rusiyanın Əməkdar məşqçisinin məhz Azərbaycanda işlədiyi vaxtda sərbəst güləş millimizə Dağıstandan çoxlu sayda idmançı cəlb olunmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda bazarda qadının çantasından pul oğurlayan tutuldu
Azərbaycanda 20 yaşlı oğlan cəsarətinin qurbanı oldu – Faciəvi şəkildə öldü
Şəkidə azyaşlılar qadının çantasından 5 min manat pul oğurlayıb
Azərbaycanda maşın 4 piyadanı vurub - Foto
Piyadanı vurub qaçan sürücü saxlanıldı
Qubada Bozovu xilas etmək istədilər, suda boğuldular - FOTOLAR