15.08.2026 - 23:08
Maqazin 30 baxış

Gözəllik dünyasının parlayan ulduzu putri andriani juficha 26 yaşında aramızdan ayrıldı

2025-ci ilin ‘Miss Earth İndoneziya’ gözəllik müsabiqəsinin qalibi Putri Andriani Juficha 26 yaşında dünyasını dəyişib. Onun ölüm xəbəri 14 avqustda, doğum günündə açıqlanıb.

Minval.info xəbər verir ki, bu xəbər gözəllik müsabiqəsi pərəstişkarları arasında böyük təəccüb və kədərə səbəb olub. Jufichanın ölüm səbəbi hələlik açıqlanmayıb.

‘Miss Grand Indonesia’ müsabiqəsinin təşkilatçıları onun vəfatı ilə bağlı dərin hüzn ifadə ediblər. Onlar, “Bizimlə səyahətiniz çox tez başa çatsa da, paylaşdığınız xatirələr, sevgi və işıq qəlbimizdə yaşayacaq”, – deyə açıqlama veriblər.

Putri Andriani Juficha 2025-ci ildə ‘Miss Grand Indonesia’ müsabiqəsində ikinci olub və daha sonra İndoneziyanı ‘Miss Earth 2025’ yarışmasında təmsil etmək hüququ qazanıb. O, həmçinin ekoloji layihələrdə fəal iştirak edərək, tullantıların təkrar emalı və ətraf mühitin mühafizəsi ilə bağlı təşəbbüslərə dəstək verib.

Hüquq təhsili alan Juficha musiqi ilə də məşğul olub və öz bəstələrini yayımlayıb. 2026-cı ilin iyununda ‘Miss Culture International’ yarışmasında münsif kimi fəaliyyət göstərib. Onun sonuncu ‘Instagram’ paylaşımı ötən ay edilib.

Jufichanın qəfil ölümü gözəllik sənətində böyük kədər yaradıb. Onun şəxsi səhifəsində çoxsaylı izləyicilər və müsabiqə pərəstişkarları başsağlığı mesajları yazıblar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: