Göyçayda qəza - 1 ölü, 3 yaralı
Göyçayda 1 nəfərin ölmü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Cəyirli kəndində olub.
Belə ki, rayonun Kürdəmiş kənd sakini Allahverdiyev Akşin Firudin oğlu idarə etdiyi “Daewoo” marka minik avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi Babayev Ələkbər Tapdıq oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili ilə toqquşub.
Qəza zaman “VAZ 21011” sürücüsü – 1952-ci il təvəllüdlü Babayev Ələkbər Tapdıq oğlu ölüb.
Digər avtomobilin sürücüsü Kürdəmiş kənd sakini, Allahverdiyev Akşin Firudin oğlu və sərnişinləri – 1999-cu il təvəllüdlü Qasımov Elton Qasım oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Ramiz Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 8 yaşlı uşaq iynə vurulduqdan sonra ölüb - FOTO
Bakıda parkın ortasında dəhşət: İnsanların gözü qarşısında...
Əcnəbi vətəndaşın pulunu və mobil telefonunu alıb qaçan şəxs tutuldu
Azərbaycanda 13 yaşlı qız qaçırıldı
Qubada “patı” istifadə edən dəstə saxlanılıb
Bakı Metropoliteninin əməkdaşı iş başında öldü
Bakıda qayınatasını qətlə yetirən şəxsə 18 il cəza verilib