24.04.2018 - 21:49
Ölkə
18 baxış
Goranboyda ilanlar evlərə hücum edib — FOTOLAR

Goranboy rayonunda vətəndaşa məxsus evə sürünənlər daraşıb.
Minval.İnfo “Report”-a istinadən xəbər verir ki, rayonun Qaradağlı kənd sakini Murad Muxtarov ona məxsus fərdi evdə bu ay artıq 6 ilanı öldürdüklərini bildirib.
“Səhər saatlarında uzunluğu 1 metr 40 sm-dən uzun olan ilanı vanna otağına girən zaman öldürdük. Hələ yaz fəslidir, evdə və həyətdə 10-dan çox ilan görünüb, yayda buna daha çox rast gəlməyimizdən qorxuruq. Sürünənlərə qarşı xüsusi dərmanlama işləri aparsaq da, heç bir nəticəsi yoxdur, günü-gündən çoxalırlar”, – o deyib.
Qeyd edək ki, kənd ərazisindəki əkin sahələrində də çoxlu sayda ilanlara rast gəlinir.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ət bahalaşır, kolbasa istehsalı sürətlənir
06.09.2026 - 20:42
Azərbaycan taekvondoçuları İsveçrədə zirvəyə yüksəldi
06.09.2026 - 20:35
Mançester Yunayted və Evertondan gərgin heç-heçə
06.09.2026 - 20:14
Gənc rəssamdan yaşlanmaya fərqli baxış
06.09.2026 - 17:54
Abşeron çimərliklərində küləkli və isti hava gözlənilir
06.09.2026 - 16:09
Emin TM: TikTok-da yeni əyləncə dalğası
06.09.2026 - 15:41
Xankəndi klubunda yeni məşqçi təyinatı!
06.09.2026 - 14:45
DİM 388 şagird üçün əlavə imtahan keçirdi
06.09.2026 - 14:38