Google-un gemini platforması chatgpt-yə meydan oxuyur: 1 milyard istifadəçi ilə yeni dövr başlayır
Google-ın süni intellekt platforması olan Gemini, aylıq aktiv istifadəçi sayını 1 milyarddan çox artıraraq mühüm bir mərhələni keçib. Bu nailiyyət, onun OpenAI-nin ChatGPT platforması ilə rəqabətdə ciddi irəliləyiş əldə etdiyini göstərir.
Minval.info xəbər verir ki, Google-ın baş icraçı direktoru Sundar Pichai, Gemini-nin bu uğurunu öz “X” hesabında paylaşaraq, platformanın artıq 1 milyard aylıq aktiv istifadəçiyə sahib olduğunu qeyd edib.
Bu inkişafla birlikdə, Gemini, Google ekosistemində 1 milyarddan çox istifadəçiyə sahib olan 14-cü platforma olaraq önə çıxır. OpenAI-nin ChatGPT platforması isə bu rəqəmə iyun ayında çatmışdı, bu da Gemini-nin süni intellekt bazarında əsas rəqibinə sürətlə yaxınlaşdığını göstərir.
Google, süni intellekt texnologiyalarını axtarış sistemindən tutmuş Workspace xidmətlərinə, Android əməliyyat sistemindən mobil tətbiqlərə qədər müxtəlif sahələrdə inteqrasiya edir. Məlumata görə, Gemini iOS platformasında da 100 milyondan çox aktiv istifadəçiyə sahibdir.
Qeyd etmək lazımdır ki, açıqlanan 1 milyard istifadəçi göstəricisi yalnız Gemini tətbiqinə aiddir və Google-un digər xidmətlərindəki istifadəçiləri əhatə etmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Murad Ceylanın yeni görünüşü müzakirələrə səbəb olub
Pünhan Piriyevin hərbi xidmətdəki arxiv görüntüləri yayıldı
Emrahın oğlu Tayfun Zaqatalada istirahət edir
Ölkədə küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Vüsalə Əlizadə yeni verilişlə efirə qayıdır
Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi tapıldı