Gömrük rüsumları artırıldı
Azərbaycan Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edib.
Minval.info xəbər verir ki, dəyişikliklə bağlı qərarı Baş nazir Novruz Məmmədov Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq imzalayıb. “Gömrük yığımlarının məbləğləri”ndə aşağıdakı dəyişikliklər edilir:
Gömrük dəyəri 1 000 manatadək olduqda 15 manat (əvvəl 10 manat), gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 60 manat (əvvəl 50 manat), gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 120 manat ( hazırda 10 000 manatdan 100 000 manata qədər olduqda 100 manatdır), gömrük dəyəri 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda 200 manat.
Gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 300 manat ( Hazırda 100 000 manatdan yuxarı olduqda 275 manatdır).
Gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat, gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat.
Qərara əsasən, yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 20 manatdan 30 manata, digər avtonəqliyyat vasitələri üçün 15 manatdan 25 manata qaldırılır.
Qərar dərc edildiyi gündən ( 6 avqust) 30 gün sonra qüvvəyə minir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tağı Əhmədova ağır itki üz verib
Daşkəsənə güclü qar yağdı - Fotolar
Hadı Rəcəbli də qanuna və dövlətə qarşı çıxıb nəvəsinə toy etdi - VİDEO
Azərbaycanda 4 uşaq anası itkin düşdü - FOTO
Deputatın istirahət mərkəzində ərəbin başına iş gəldi
Fazil Məmmədovun qudası da işdən çıxarıldı - FOTO
