Gecə işinə son: 18 yaşdan kiçiklərə yeni hüquqlar və məzuniyyətlər!
18 yaşdan kiçik işçilərin gecə vaxtı işləməsi, iş saatlarından artıq çalışması, istirahət və bayram günlərində işə cəlb edilməsi qanunla qadağan olunub. Bu qadağa həmçinin onların ezamiyyətə göndərilməsini də əhatə edir.
Minval.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu yaş qrupuna aid işçilərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti tətbiq edilmir və onların attestasiyası keçirilmir.
16 yaşına çatmamış işçilərin iş saatları həftədə 24 saatı, 16-18 yaş arası işçilərin isə 36 saatı keçməməlidir. Bu yaş qrupuna aid işçilərə 42 gün, 16-18 yaş arası işçilərə isə 35 gün məzuniyyət verilməsi təmin olunmalıdır.
18 yaşdan kiçik işçilərin ağır əşyaların qaldırılması və daşınması kimi işlərə cəlb edilməsi də qadağandır. Onların peşə və ixtisas səviyyəsinin kifayət etməməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsi mümkün deyil.
Ağır və zərərli iş şəraitində, yeraltı işlərdə, əxlaqi təsir göstərə biləcək yerlərdə, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının istehsalı və satışı ilə bağlı işlərdə 18 yaşdan kiçik işçilərin çalışması qadağandır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək