Gəncədə şəhid olan polislərin 40 mərasimi keçirilib - FOTOLAR
Bu gün 10 iyul Gəncə iğtişaşlarında şəhid olan polislərimizin 40 mərasimidir. Bu münasibətlə Gəncə ictimaiyyəti və polislərin yaxınları toplaşıb, onların qəbirlərini ziyarət ediblər.
Musavat.com həmin ziyarətdən bir neçə fotonu paylaşmaqla,şəhid polislərimizə Allahdan rəhmət diləyir.
Xatırladaq ki, iyulun 10-u saat 20 radələrində 150-200 nəfər dini radikal Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə toplaşaraq asayişi pozmağa cəhd göstərib. Aksiya iştirakçılarının polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstərib, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik İlqar Balakişiyevi və Nizami Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Səməd Abbasovu qətlə yetiriblər.
Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü, 228.4-cü və 315.2-ci maddələri ilə cinayət işi aparılır.
Qeyd: Fotoları Facebookda Əvəz Zeynallı paylaşıb.
Musavat.com




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda koronavirusa kütləvi yoluxma: Araşdırma başlandı - RƏSMİ
Prokurorluq baş həkimin cinayət işi ilə bağlı məlumat yayıb
Bakıda küçədə qadına hücum edildi - ANBAAN VİDEO
“Qarabağda yaşayan ermənilərdən müsbət ismarışlar gəlməkdədir”
DİN: Aşıq Namiq qadına qeyri-etik təkliflər edib
"Bizdə qazın qiyməti heç nədir" - Maliyyə naziri