Gəlinlərin məcbur işlədilməsi doğru deyil: Çingiz əhmədovdan maraqlı açıqlama
Əməkdar artist Çingiz Əhmədov, gəlinlərin evdə məcbur işlədilməsinin yanlış olduğunu bildirib.
Minval.info xəbər verir ki, tanınmış aktyor “Baku TV”yə verdiyi müsahibədə, gəlinlərin ev işlərində məcbur edilməsinin doğru olmadığını vurğulayıb. O, “Gəlin niyə mənə çay gətirməlidir? Köhnə qadınlar gəlini gətirib işlədirlər. Olmaz. Əl-ayağım yerindədir, özümə çay süzüb qoyuram. Mən gəlinin əlindən çay içmişəm. Çay süzəndə deyir, ata, sənə də süzüm? Deyirəm ki, istəyirəm. Belə olar” ifadələrini işlədib.
Aktyor, gənclərin sevdikləri şəxslə ailə qurmasının vacibliyini də qeyd edib: “Əgər sevib ailə qurursansa, heç vaxt pozulmur. Amma qızını məcbur edirsənsə ki, filankəsə get, oğluna deyirsənsə ki, filankəsi al, bu, ailə dağılır. Heç kimə zamin dura bilməzsən”.
Qeyd edək ki, Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz aktrisa Aydan Axundova ilə ailəlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!