Gələn aydan yeni gömrük rüsumları qüvvəyə minəcək
Yeni idxal gömrük rüsumları 2019-cu il martın 8-də qüvvəyə minəcək.
Minval.info xəbər verir ki, Nazirlər Kabinetinin (NK) müvafiq qərarına əsasən, sürücü də daxil olmaqla, tutumu 120 nəfərdən çox olan, sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün yeni idxal gömrük rüsumları tətbiq ediləcək.
Belə ki, NK-nın “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə” qərarına əsasən, həmin tarixdən məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş avtobuslar idxal gömrük rüsumundan azad ediləcək.
Sıxılmış qazla hərəkətə gətirilən, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər üçün də idxal gömrük rüsumu alınmayacaq.
Sürücü daxil olmaqla, 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla hərəkətə gətirilən digər avtobusların isə mühərriklərinin hər bir kubsantimetri üçün 1,2 ABŞ dolları idxal gömrük rüsumu alınacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Avropa Liqasının finalından nə qədər qazanc əldə edib?
Neft qiymətlərində son 3 il ərzində ən çox düşüş -“ayı bazarı” başlayıb
Azərbaycanda yumurta bahalaşdı
Azərbaycanda kredit faizləri yenidən arta bilər
Azərbaycanda bank sektorunun aktivləri 7% azalıb
Azərbaycan buğda idxalını 7% artırıb