Füzulidə yanacaqdoldurma məntəqəsi bağlandı: Təhlükə aşkarlandı
Füzuli rayonunun 1 Nömrəli Qayıdış qəsəbəsində yerləşən və İbişov Taryel Kazım oğluna məxsus yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən aparılan yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkar edilib.
Minval.info xəbər verir ki, aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı üçün ciddi təhlükə yaratdığı nəzərə alınaraq, məntəqənin istismarı müvəqqəti olaraq dayandırılıb. Pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi obyekt sahibinə təqdim edilib. Eyni zamanda, texniki təhlükəsizliklə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılıb və müvafiq tövsiyələr verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır