Futbolda forma dəyişməyin tarixi - buna görə karyerası məhv olan oyunçu, cərimələr, qadağalar...
Oyunçuların forma dəyişməsi futbolun ənənəvi sonluqlarından hesab olunur.
Bu adətin yaranması Fransanın İngiltərə üzərində ilk qələbə qazandığı oyuna təsadüf edir. 1931-ci ildə Fransa yığması İngiltərə ilə qarşılaşmadan 5:2 hesablı qələbəsi ilə ayrılır. Oyundan sonra fransızlar rəqibdən formaları dəyişməyi xahiş edirlər. Həmin vaxtdan yaranan bu adət qarşılıqlı hörmətin təzahürü kimi qiymətləndirilir.
1966-ci ildə keçirilən dünya çempionatının 1/4 finalında İngiltərə Argentina üzərində qələbə qazanır. Qarşılaşmadan sonra futbolçular formaları dəyişmək istəsələr də, ingilislərin baş məşqçisi Alf Remsi meydana qaçaraq bunun qarşısını alır. Həmin vaxt Folklend adalarına görə ölkələr arasında siyasi münasibətlər gərgin idi.
Zaman keçdikcə azarkeşlərin təzyiqi forma dəyişməsi adətində qarşılıqlı hörmət anlayışı itməsinə gətirib çıxarır.

“Arsenal”ın sabiq futbolçusu Andre Santosun forma dəyişməsi karyerasının məhvinə səbəb olur. 2010-cu ildə “Mançester Yunayted” “Arsenal”la qarşılaşır. İlk hissədən sonra “qırmızı şeytanlar” 1:0 hesabı ilə qalib gəlirdi. Qolu da qısa müddət öncə “Arsenal”dan “Mançester Yunayted”ə keçən Robin van Persi vurur. Fasilədə Santos Van Persidən formasını istəyir. Bu “Arsenal”ın fanatlarını bərk qəzəbləndirir Onlar futbolçunun bu hərəkətini satqınlıq kimi qəbul edirlər. Mənəvi və psixoloji cəhətdən sındırılan futbolçu bundan sonra özünü “Arsenal”da heç cür göstərə bilmir və icarəyə göndərilir. O daha sonra verdiyi açıqlamada, Persi ilə dost olduğunu və formanı ondan Persinin istədiyini bildirmişdi.
Forma dəyişmək qadağası
2016-cı ildə “Mançester Yunayted”in ABŞ-dan olan sahibləri futbolçulara qoyduqları qadağa ilə hər kəsi təəccübləndirdilər. Futbolçular oyundan sonra rəqib oyunçularla forma dəyişdirsə və ya azarkeşlərə forma atsalar cərimələnəcəkdilər. Daha sonra, İngiltərə mətbuatında bu qadağanın klubun üç futbolçusuna – İbrahimoviç, Runi və Poqbaya şamil edildiyi yazıldı.

2010-cu ildə Qazaxıstan Futbol Federasiyası İngiltərə ilə oyunda futbolçularının oyun sonunda rəqiblə forma dəyişməsinə icazə vermədilər. Buna səbəb İngiltərə mətbuatında qazax futbolçuların idman mağazasına daxil olaraq Runinin formasını aldıqları ilə bağlı iddia olmuşdu. Federasiya yaydığı açıqlamada qazaxların qürurlu millət olduqlarını forma dəyişməyi qadağan etməklə göstərdiklərini açıqlamışdılar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xavi “Barselona”nın sükanı arxasına keçməyə razılaşdı
9 qol vurulan matçda İbrahimoviç het-trik etdi - VİDEO
Mbappe "Real"a qarşı oynamayacaq - PSJ-nin qol silahı zədəlidir
Azərbaycan “Minsk 2019”da neçəncidir? - Medal sıralaması
PSJ-də "zəlzələ": Baş məşqçi və 8 ulduz qovulur - SİYAHI
Mahir Xorvatiyada dubl etdi - Video
Kamran Ağayev qəzaya düşdü - Fotolar