Futbol qaydalarında dəyişikliklər edildi
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında bir sıra dəyişiklikləri təsdiqləyib.
Minval.info xəbər verir ki, qurum dəyişiklikləri rəsmi saytı vasitəsilə futbol ictimaiyyətinə çatdırıb. Əsas dəyişikliklər qapıçılar və penaltilərlə bağlıdı. Top qapının yanından və ya çərçivənin üstündən keçdiyi halda qolkiperin etdiyi qayda pozuntusu (hücumçuya qarşı edilən birbaşa kobudluq istisna olmaqla) vərəqə ilə cəzalandırılmayacaq.
Qapıçı ilk qayda pozuntunsuna görə şifahi xəbərdarlıq, növbəti halda isə sarı vərəqə alacaq. Hücumçu və qapıçı eyni anda qaydanı pozursa, cəza birinciyə verilir.
Penalti zərbəsi zamanı qapıçı qapı xəttini tərk edirsə, ilk qayda pozuntusuna görə sarı vərəqə ilə cəzalandırılmır. Növbəti halda isə ona vərəqə göstərilməlidi.
Oyun ərzində göstərilən sarı vərəqələr və şifahi xəbərdarlıqlar penaltilər seriyası zamanı qüvvədən düşəcək. Bu, bütün futbolçulara aid olsa da, qapıçılar üçün daha böyük önəm daşıyır. Çünki buna qədər sarı vərəqə almış qolkiper 11 metrlik cərimə zərbələri zamanı səhv edərsə, bu, avtomatik olaraq meydanda qovulma deməkdi.
IFAB və futbol qaydalarına görə penaltilər seriyası oyunun bir hissəsi hesab olunmur. Bu, qalibi müəyyənləşdirmək üçün əlavə vasitədi.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək