Futbol qaydaları dəyişdi – Siyahı
Minval.info // Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında bir sıra dəyişikliklər edib.
Report bildirir ki, bu barədə qərar IFAB-ın 133-cü illik yığıncağında qəbul olunub. Dəyişikliklər bunlardır:
1. Qaydalarda əllə oyun dəqiqləşdirilib. Bilmədən əllə oynayan futbolçu qol vursa və ya qol vəziyyəti yaratsa cəzalanacaq;
2. Əvəzlənən futbolçu bütün meydan boyu yox, ona yaxın olan yan xətt tərəfdən ehtiyat oyunçular skamyasına yollanmalıdır;
3. Komanda nümayəndələrinin qeyri-idman hərəkətinə görə sarı və qırmızı vərəqələrlə cəzalandırılma qaydaları dəqiqləşdirilib;
4. Topa digər komandanın oyunçusu toxunmamışdan əvvəl qapıdan zərbə zamanı topun cərimə meydançasını tərk etməli olduğuna dair qayda ləğv edilib;
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
5. Hücum edən komandanın oyunçularının canlı sədd qurulmasında aktiv iştiraklarına dair qaydalar təsdiqlənib. İndi onların bunu etmələrinə qadağa qoyulub. Cərimə zərbəsini yerinə yetirən komandanın oyunçuları müdafiə olunan tərəfin qurduğu səddən azı bir metr məsafədə olmalıdırlar;
6. Penalti yerinə yetirilərkən qolkiperlərin qapı xətti üzərinə ayaqlarından birini qoyması da kifayətdir;
7. Bəzi hallarda top baş hakimə dəydikdən sonra “mübahisəli top” təyin olunacaq.
Qeyd edək ki, qaydalardakı dəyişikliklər iyunda qüvvəyə minəcək. Daha əvvəl bildirilirdi ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası martda təsadüfən əl ilə oynamağa görə cəzanın tətbiq olunması məsələsini müzakirə edəcək.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək