"Fubolçular özlərini qurban verdilər" - Poçettino
“Avropanın ən yaxşı klubuna qarşı oynamağımıza baxmayaraq, çətin vəziyyətlərdə özünü göstərən komandanın nəticəsindən, münasibətindən məmnunam. Futbolçuları təbrik etməliyik, özlərini qurban verdilər. Bu performansımızı təkrarlamağa çalışacağıq”.
Qol.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya 3:2 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.
“Qalib gəldikdə, verdiyiniz qərarları izah etmək həmişə daha asandır. Hamıya elə gəlir ki, hər şeyi düzgün etdik. Ancaq oyunçulara təşəkkür etmək lazımdır, onlar bu matçın əsas personajlarıdır. Futbolçuların bacarıqlarını ayrıca qeyd etmək lazımdır. Bu gün çox qurban verildi, amma qarşıda 90 dəqiqə oynamalı olduğumuz başqa matç var. İlk oyun bizim xeyrimizə oldu, ancaq cavab görüşü çox çətin olacaq. Bunu bilirik” – deyə o bildirib.
Poçettino Münhen təmsilçisi ilə görüşdə zədələnən Markinyosun son durumu haqda da danışıb: “Əzələsində ağrı hiss etdi. Ümid edirik ki, bu çox ciddi zədə deyil və tezliklə yenidən fəaliyyətə başlayacaq.
Argentinalı mütəxəssis 1/8 finalda “Barselona” ilə ilk matçla (4:1) müqayisədə, bu dəfə fərqli nəticə əldə etdiklərini vurğulayıb: “İndi minimal üstünlüyümüz var. Ümid edirik ki, “Bavariya” ilə cavab oyununda “Barselona”ya nisbətən daha yaxşı oynayacağıq. Bu, bizim istəyimizdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda bu yollar iyunun 6-dan bağlanacaq
Bakıda “Qarabağ”a şok - Böyük hesabla uduzdu
Qvardiola “Yuventus”un təklifinə cavab verdi
"Barselona" və ulduz futbolçu arasında gərginlik son həddə çatdı
"Məğlubiyyətə üzülürəm" - Qurban Qurbanov
PSJ “Ayaks”ın futbolçusuna 50 milyon avro təklif edəcək
Ronaldonun koronavirus testi yenə müsbət çıxdı