Fransız deputat: "Fransa avtoritar dövlətə çevrilir"
Səssiz şəkildə şəxsi azadlıqların aradan qaldırıldığı avtoritar dövlətə doğru irəliləyirik.
Axar.az xəbər verir ki, bu sözləri fransız deputat Natali Sarles mübahisələrə səbəb olan təhlükəsizlik qətnaməsi ilə bağlı açıqlamasında deyib.
Deputat hüquq-mühafizə orqanlarının əməkdaşlarının görüntülərinin yayılmasını qadağan edən qətnamənin qəti şəkildə əleyhinə olduğunu bildirib:
“Polis özünü qorumalıdır, lakin bu qətnamə həddən artıq şişirdilib. Qətnamə dövlətin avtoritar olduğunu təsdiqləyir”.
Qeyd edək ki, Fransa Milli Məclisində qəbul edilmiş Təhlükəsizlik Qətnaməsinə görə, hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların şəxsiyyətini müəyyənləşdirən foto və video görüntülərin yayımlanması qanunla qadağan edilib. Yeni qanuna riayət etməyənləri 1 il həbs və 45 min avro cərimə cəzası gözləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fantaziyalar həqiqətə çevrilir: Yadplanetlilər Yerlə əlaqəyə girdi?
ABŞ ordusunda transseksuallar xidmət edəcəklər
İsrail İŞİD-i vuran Suriya qırıcısını məhv etdi - İddia
Gürcüstan parlamentinin sədrinin istefası tələb olundu
Bu ölkədə rəsmən qrip epidemiyası elan edildi
Yaponiyada mikrodalğalı sobalar məhv edilir - SƏBƏB
Futbol üzrə dünya çempionu vəfat edib – FOTO