Avropa kiberhücumlar dalğası ilə üz-üzə qalıb
2 və 3 noyabr tarixlərində Avropanın müxtəlif supermarketlərində soyuducular öz-özünə defrost rejiminə keçərək bəzi mağazalarda temperaturu 50°C-yə qədər qaldırıb. Bu hadisələr Almaniya, İtaliya, Niderland, Belçika, Rumıniya və İsveçdə ət və dondurulmuş qidaların israfına səbəb olub. Fransada isə qan bankları da bu hücumların təsirinə məruz qalıb. Böyük Britaniya da hücumların təsirini hiss edib.
Minval.info xəbər verir ki, Avropa İttifaqının ərzaq və kənd təsərrüfatı komissarı Kristof Hansen bu hadisəni “ərzaq təchizatı zəncirini pozmağa yönəlmiş qəsd” adlandırıb. Lakin hələ də heç kim məsuliyyəti üzərinə götürməyib və motivlər aydın deyil.
Bu soyuducu hücumları, Brüsseldə yerləşən Avropa rəqəmsal texnologiya sənayesi ticarət assosiasiyası DigitalEurope tərəfindən 18 oktyabr – 18 noyabr tarixləri arasında xəritələşdirilən 16 insidentdən biridir. Həmin hadisələrdən 11-i kiberhücumlar olub. Hakerlər Norveçdə bir enerji şirkətinin İT sistemlərini ələ keçirib, Almaniyada bir xəstəxananın təcili yardım otağını bağlayıb və Danimarka və Almaniyada fəaliyyət göstərən bir tunel tikinti şirkətinin məlumatlarını oğurlayıblar.
“Bu, artıq sadəcə İT şöbəsinin işi deyil,” deyə DigitalEurope-un baş direktoru Sesiliya Bonefeld-Dal bildirib. “Bu, təhlükəsizlik və sənaye siyasətidir.” Həmçinin, qrupun bildirdiyinə görə, onların siyahısı tam deyil və yalnız ransomware (şifrələmə) qrupları hər ay onlarla Avropa qurbanını siyahıya alır.
DigitalEurope-un 16 insidentindən yeddisinin konkret icraçısı məlum deyil. Dördünü hücumçular özləri iddia edib, ikisi üzrə istintaq bir aktorun iştirakını şübhə altına alıb, lakin rəsmi olaraq adlandırılmayıb. Yalnız üçü hökumət və ya tədqiqatçılar tərəfindən ictimaiyyətə açıqlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
1,3 milyon miqrant Avropa İttifaqına üz tutacaq
Fransada prezidentliyə namizəd Ruffin yarışdan çəkildi
İki kosmik aparat Merkurinin orbitinə daxil oldu
Rusiyadan Ukraynaya art arda PUA hücumları
Fransada yaşam xərclərinə qarşı kütləvi etirazlar davam edir
Dünyanın yeni mini Ayı: 2026 QQ8-in təbii mənşəyi təsdiqləndi
İsrail və ABŞ İranla bağlı ortaq planlar hazırlayır