22.11.2026 - 14:34
Dünya 508 baxış

Rusiyadan Ukraynaya art arda PUA hücumları

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Rusiya Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı məlumat verilib. Açıqlamada bildirilib ki, Rusiya ordusu gecə saatlarında Ukraynanın enerji və liman infrastrukturu obyektlərinə hücum təşkil edib.

Minval.info xəbər verir ki, Rusiyanın Zaporijya şəhərindəki hərbi sənaye müəssisələrinin fəaliyyətini təmin edən transformator mərkəzi, Odessa bölgəsindəki Kili Limanındakı infrastruktur obyektləri və hərbi yüklər daşıyan bir gəmi vurulub.

Açıqlamada hücumlarda pilotsuz uçuş aparatlarının (PUA) istifadə edildiyi qeyd olunub. Gecə ərzində Ukraynaya aid 170 PUA-nın müxtəlif bölgələrdə təsirsiz hala gətirildiyi də vurğulanıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: