Fransada koronavirusa yoluxanların sayı 1 138 mini ötüb
Fransada koronavirusa yoluxanların sayı 1 138 mini ötüb.
Minval.info Trend-ə istinadən bildirir ki, bu barədə Fransa səhiyyə xidmətlərinin məlumatlarında deyilir.
Ölkədə yeni növ virusa yoluxanların ümumi sayı 1 138 507-yə, ölüm sayı 34 761-ə yüksəldi.Son 24 saat ərzində koronavirus testlərinin təqribən 18 faizi müsbət nəticə göstərdi: 52 010 yeni infeksiya hadisəsi qeydə alındı.
Oktyabr ayında digər Avropa ölkəsi – İspaniya, koronavirusa 1 milyon yoluxma hadisəsi həddini keçib.
Fransız səlahiyyətliləri virusun yayılmasına qarşı fəal mübarizə aparırlar. Xəstəliklə əlaqədar bir sıra şəhər və departamentlərdə komendant saatı tətbiq edilib, ilk qanun pozuntusuna görə 135 avro, ikinci pozuntuya görə 3.7 min avroya qədər cərimə var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ