26.07.2026 - 14:49
Dünya 32 baxış

Fransada FƏLAKƏT: 200 min nəfər təxliyə edildi, 32 min hektar ərazi yandı

Fransanın cənub-qərbində davam edən meşə yanğınları geniş əraziləri əhatə etməkdə davam edir.

Minval.info xəbər verir ki, alovların qarşısını almaq mümkün olmadığından indiyədək təxminən 200 min nəfər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Məlumata görə, Girond və Land departamentlərində iyulun 22-dən başlayan yanğınlar hələ də tam nəzarət altına alınmayıb. Xüsusilə Girond departamentindəki yanğın Fransa tarixinin ən böyük meşə yanğınlarından biri kimi qiymətləndirilir.

Rəsmi məlumatlara əsasən, indiyədək 32 min 700 hektar ərazi yanaraq külə dönüb. Təkcə Girond departamentində 167 min nəfər təxliyə olunub. Onlardan təxminən 60 min nəfəri son gecə ərzində təhlükəsiz bölgələrə köçürülüb.

Səlahiyyətli qurumlar həmçinin məşhur Kap-Ferre kurortunda minlərlə insanın, Land departamentində isə daha 31 min nəfərin təxliyə edildiyini bildiriblər.

Hazırda yanğınların söndürülməsi istiqamətində genişmiqyaslı əməliyyatlar davam edir. Güclü külək və yüksək temperatur alovun daha sürətlə yayılmasına səbəb olduğundan yanğınsöndürənlərin işi xeyli çətinləşib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: