Fransa səfirindən Qarabağla bağlı paylaşım: “Beynəlxalq hüququ müdafiə edirik”
Fransanın Azərbaycandakı səfiri Zakari Qross Qarabağla bağlı paylaşım edib.
Bu barədə o “Twitter” hesabında yazıb.
“Bu, Azərbaycan və Ermənistan üçün iyulda və payızda baş vermiş iki açıq münaqişə ilə taleyüklü il oldu. Azərbaycan bayrağı Qarabağın ətrafındakı yeddi rayonda və Şuşa şəhərində bərpa edildi”, – deyə o qeyd edib.
Səfir bildirib ki, hər iki tərəfdən qaçqın və məcburi köçkünlərin bölgəyə qayıtmasına görə çoxlu suallar ortaya çıxacaq.
O qeyd edib ki, Fransa beynəlxalq hüququ müdafiə etməyə, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk qrupunun prinsiplərini, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək.
“İndi regionda sülhə hazırlaşmaq, nifrətə son qoymağa, inamı, tərəqqini və sabitliyi inkişaf etdirmək zamanıdır”, – deyə Z.Qross əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı