04.10.2026 - 14:17
Ferhat Gündoğdunun həbsinin səbəbləri açıqlandı
İdman 4 baxış

Ferhat Gündoğdunun həbsinin səbəbləri açıqlandı

Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin keçmiş sədri Ferhat Gündoğdunun həbsinin detalları məlum olub. Bu barədə İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində məlumat verilib.

Minval.info xəbər verir ki, Gündoğdu, hakimlərin təyinatı zamanı fərdi inkişaf və ləyaqət prinsiplərinə zidd hərəkətlərdə ittiham olunur. O, hakimlərə aid şəxsi məlumatları qanunsuz şəkildə toplamaq və bu məlumatlardan təyinatlarda istifadə etməkdə şübhəli bilinir.

İstintaq çərçivəsində ortaya çıxan iddialara görə, bu məlumatlar bəzi hakimlərin xidməti fəaliyyətinə mane olmaq məqsədilə istifadə edilib. İfadə verən hakimlərdən bəziləri, Gündoğdunun 2024-cü ildə vəzifəsinə qayıtdıqdan sonra, 2022-ci ildə heyətdən kənarlaşdırılan və daha sonra Arbitraj Komitəsinin qərarı ilə bərpa edilən bəzi hakimləri yenidən siyahıdan çıxardığını bildiriblər.

Eyni zamanda, hakimlərin imtahan nəticələrinə və oyun təyinatlarına müdaxilə edildiyi barədə iddialar da istintaq materiallarında yer alıb. Bəzi hakimlər, müəyyən təyinatların klubların tələblərinə uyğun dəyişdirildiyini iddia ediblər.

Qeyd edək ki, hazırda bu hallar istintaq çərçivəsində irəli sürülən iddialardır və onların hüquqi qiyməti araşdırmanın nəticələrindən asılı olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: