04.10.2026 - 10:33
Bakıda cüdo üzrə dünya çempionatı start götürür
İdman 3 baxış

Bakıda cüdo üzrə dünya çempionatı start götürür

Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatı başlayır. Yarışlar Milli Gimnastika Arenasında keçiriləcək və ilk gündə Azərbaycanı təmsil edən dörd cüdoçu tatamiyə çıxacaq.

Minval.info xəbər verir ki, qadınlar arasında 48 kq çəki dərəcəsində Şəfəq Həmidova 1/32 final mərhələsində Madaqaskar idmançısı Nataşa Razafindrakalo ilə qarşılaşacaq. Digər təmsilçimiz Könül Əliyeva isə 1/16 finaldan mübarizəyə qoşulacaq və onun rəqibi Çilini təmsil edən Mari Di Varqas Ley olacaq.

Kişilər arasında 60 kq çəki dərəcəsində Balabəy Ağayev və Əhməd Yusifov mübarizə aparacaqlar. Balabəy Ağayev 1/16 finalda Belarusdan Artsiom Kolasau və Ukraynadan Dilşot Xalmatov arasındakı görüşün qalibi ilə qarşılaşacaq.

Əhməd Yusifovun rəqibi isə Özbəkistan təmsilçisi Baxrom Boturov və Monqolustan idmançısı Tumenjarqal Tuvşintur arasındakı qarşılaşmanın qalibi olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: