04.10.2026 - 13:07
Azərbaycanın 4 boksçusu Avropa çempionatına uğurla start verib
İdman 1 baxış

Azərbaycanın 4 boksçusu Avropa çempionatına uğurla start verib

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı start götürüb. Turnirə 40 ölkədən 473 idmançı qatılıb və Azərbaycan millisinin dörd üzvü ilk gün rinqə çıxaraq qələbə qazanıblar.

Minval.info xəbər verir ki, Azərbaycan Boks Federasiyasının məlumatına əsasən, Əli Abaslı 60 kiloqram çəki dərəcəsində Belçikadan Abdurahim Sounu 5:0 hesabı ilə məğlub edib və növbəti mərhələdə Türkiyədən Zeki Uğurla qarşılaşacaq.

Yusif Həsənli 66 kiloqram çəki dərəcəsində Portuqaliyadan Adrian Silvaya qarşı 5:0 hesabı ilə üstün olub. O, səkkizdəbir finalda Xorvatiyadan Lukas Fulanoviçlə üz-üzə gələcək.

Hidayət Məmmədov 70 kiloqram çəki dərəcəsində İsraildən Demid Kloçkoya qarşı ilk raundda qələbə qazanıb və İsvəçrədən Joel Şutsla növbəti döyüşə çıxacaq.

Yusif Ağakişiyev isə 75 kiloqram çəki dərəcəsində Rumıniyadan Eduard Tancerikanı 5:0 hesabı ilə məğlub edərək İvor Li (İngiltərə) ilə qarşılaşacaq. İdmançılarımızın növbəti döyüşləri oktyabrın 6-da baş tutacaq.

Çempionatın qalibləri oktyabrın 11-də müəyyən ediləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: