04.10.2026 - 15:34
İran: ABŞ ilə anlaşma əldə etmək çətindir
Dünya 2 baxış

İran: ABŞ ilə anlaşma əldə etmək çətindir

İran ilə ABŞ arasında davam edən danışıqların müsbət nəticə verməsi gözlənilmir. Bu barədə İran parlamentinin sədr müavini Həmidrza Hacıbabayi açıqlama verib.

Minval.info xəbər verir ki, Hacıbabayi, danışıqların uğursuzluğunun əsas səbəbinin amerikalıların səmimi olmaması ilə bağlı olduğunu vurğulayıb. O bildirib ki, “Amerikalılarla danışıqlarımız heç vaxt uğurlu olmayıb və bunun səbəbi bizimlə səmimi şəkildə danışıqlar aparmamasıdır. Biz ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik”.

Hacıbabayi, İranın danışıqlarda güc mövqeyindən çıxış etməyənə qədər, Vaşinqtonun hazırkı siyasətini davam etdirəcəyini əlavə edib. “Biz Amerika ilə güc mövqeyindən danışmayana qədər, Vaşinqton hazırkı siyasətini davam etdirəcək”, – deyə o qeyd edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: