04.10.2026 - 09:51
Portuqaliya millisinin İnstaqram hesabında Ronaldodan sonra azalma
İdman 3 baxış

Portuqaliya millisinin İnstaqram hesabında Ronaldodan sonra azalma

Kriştiano Ronaldonun Portuqaliya milli komandasından ayrılması sosial mediada əks-səda doğurub. Onun ayrılmasından sonra milli komandanın “İnstaqram” hesabı 2 milyondan çox izləyici itirib.

Minval.info xəbər verir ki, sentyabrın 29-da Portuqaliya millisinin “İnstaqram”da 25 milyon izləyicisi var idi. Lakin hazırda bu göstərici 22,9 milyona düşüb.

Xatırladaq ki, 30 sentyabrda Danimarka ilə Kopenhagendə keçirilən oyundan bir gün əvvəl Ronaldo ilə məşqçi Xorxe Jesus arasında münaqişə yaşanmışdı. Bu hadisədən sonra 41 yaşlı hücumçunun milli komandadan ayrıldığı qeyd edilir.

Bu dəyişikliklər Ronaldonun azarkeşlərinin sosial mediada milli komandaya olan marağının azalmasına səbəb olub. Portuqaliya millisinin “İnstaqram” hesabındakı bu əhəmiyyətli azalma da bunu təsdiqləyir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: