Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında liderdir
Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət əlaqələri son beş ildə əhəmiyyətli artım göstərərək 72,2 milyard dollara çatıb.
Minval.info xəbər verir ki, Türkiyə Statistika İdarəsinin (TÜİK) məlumatlarına əsasən, qardaş ölkə 2021-2025-ci illər arasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistana 41,6 milyard dollar dəyərində mal və xidmətlər ixrac edib, bu ölkələrdən isə 30,6 milyard dollar dəyərində məhsul idxal edib.
Bu ilin ilk doqquz ayında Türkiyənin TDT ölkələrinə ixracatı 4,8 milyard dollar təşkil edib. Bu dövr ərzində Azərbaycan, Türkiyə məhsullarının ən böyük alıcısı olmağa davam edib. Azərbaycan son beş il ərzində 13,7 milyard dollar dəyərində Türkiyə məhsulları idxal edib.
Qazaxıstan və Qırğızıstan isə Türkiyənin məhsullarını ən çox alan digər ölkələr sırasında yer alır. Qazaxıstan bu dövrdə Türkiyəyə 16,7 milyard dollar dəyərində mal tədarük edərək liderlik edir. Özbəkistan və Azərbaycan isə bu siyahıda sonrakı yerləri tuturlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müğənni Kərim Abbasov özündən üzr istədi
Dünya bazarlarında neftin qiyməti yenidən enir
Xarici şirniyyata artan tələbat: yerli istehsal niyə geri qalır?
Xorvatiyada restoranlarda menyuya iki qiymət əlavə edilir
Azərbaycanda nağdsız ödənişlərdə əhəmiyyətli artım müşahidə olunur
Vergi borcu olan şirkət rəhbərlərinə ölkədən çıxış qadağası