Federasiya şahmat millimizin üzvlərini aldadıb - faktlar
Azərbaycan millisinin xanım şahmatçılarının Azərbaycan Şahmat Federasiyasından narazılığı yalnız əməkhaqqıların 700 manata endirilməsi ilə bağlı deyil.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 2020-ci ildən qurum son Avropa çempionatının bürünc mükafatçılarının maaşlarını da vaxtında vermir.
Şahmat ölkəsinin şərəfini beynəlxalq yarışlarda inamla qoruyan peşəkarlar həm təkrarlanan devalvasiyalar fonunda qəpik-quruş sayılan aylıqlarından, həm də gündəlik yaşama belə çətinliklə çatan əməkhaqqıların vaxtında köçürülməməsindən təngə gəlib.
Düzdü, qadınlardan ibarət yığmaya qitə birinciliyinin bürünc medallarını qazandıqları üçün mükafat verilib. Hər şahmatçıya 15 min azn pul çatıb. Lakin federasiyanın verdiyi digər sözlər söz olaraq qalıb.
Qurum rəhbərliyi hər yığma üzvünə xüsusi məşqçi ayrılacağını, qrosmeyster xanımların əlavə yarışlara göndəriləcəyini desə də, vədinə xilaf çıxıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək