“FC Baku” - “Şahdağ” oyununda dava düşdü: meydana polis girdi - FOTOLAR
Region Liqasında hazırda davam edən “FC Baku” – “Şahdağ” qarşılaşmasının birinci hissəsində aləm qarışıb.
Minval.info oxu.az-a istinadən xəbər verir ki, hakimin qərarına etiraz edən “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev onun ünvanına təhqir və söyüşlər səsləndirib. Bununla kifayətlənməyən baş məşqçi meydana daxil olaraq, hakimə etirazını sərt şəkildə bildirib.
Elə bu məqamda “FC Baku” azarkeşləri ilə “Şahdağ”ın futbolçuları arasında dava düşüb. Dava bir qədər sakitləşən vaxt yenidən Kamran Əlibabayev meydana daxil olub. Hakimin onu qovmağını “Şahdağ”ın futbolçuları “həzm edə” bilməyib və hakimə qarşı fiziki təzyiq göstərməyə başlayıblar.
Bu durumda meydançaya polislər daxil olub və baş məşqçini kənarlaşdırıblar. Matçın AFFA nümayəndəsinin müdaxiləsindən sonra baş məşqçi sakitləşib.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək