Fazil Mustafa: “Biz ermənilərin “Ararat dağı” ideyasını göz dağına çevirməliyik”
Deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında ordumuzun uğurlu hərbi əməliyyatları barədə danışıb.
“Amma bir şeyi unutmamalıyıq ki, bölgəmizdə Ermənistan adında dövlət qalacaq və bizi öz terrorçu hərəkətləri ilə məşğul edəcək”,- deyə millət vəkili əlavə edib.
Musavat.com xəbər verir ki, deputat əlavə edib ki, ona görə də gələcəkdə Ermənistanın yarada biləcəyi problemlərin qarşısını almaq barədə düşünməliyik. F.Mustafa qeyd edib ki, bu günlərdə Iğdır bələdiyyəsi Ağrı dağını Azərbaycan və Türkiyə bayrağı ilə işıqlandırılacağını deyib: “ Biz ermənilərin “Ararat dağı” ideyasını göz dağına çevirməliyik və Ermənistanı mənəvi basqı altında saxlamağı bacarmalıyıq”.
F.Mustafa bir məsələyə də diqqət çəkərək deyib ki, bu, ikinci yox, üçüncü Qarabağ savaşıdır: “Biz bütün məsələlərdə Cümhuriyyət varisliyini qorumalıyıq. Cümhuriyyət dövründə Azərbaycan ordusunun əsas hissələri Qarabağda savaş aparırdılar. Bu, bizim üçüncü Qarabağ savaşımız kimi qeyd olunmalıdır”.
Deputat ölkə TV-lərinə də müraciət edib: “Bütün Türkiyə türkcəsindən, Anadolu türkcəsindən dublyajlar efirdən yığışdırılmalıdır!”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir