Fazil Mustafa: “30 ildir müstəqil dövlətik, hələ dərman problemini həll edə bilməmişik”
Deputat Fazil Mustafa parlamentdəki müzakirələr zamanı çıxışına “büdcə dövlətin hər il yenilənməli olan şəxsiyyət vəsiqəsidir” deməklə başlayıb. F.Mustafa deyib ki, büdcə formalaşdırarkən əsas meyar Azərbaycan vətəndaşının büdcəyə baxışıdır, hökumət ilk öncə buna diqqət etməlidir.
Minval.info xəbər verir ki, deputat qeyd edib ki, müdafiə və milli təhlküəsizlik xərcləri 2023-cü il büdcəsində 16 faiz artırılıb. F.Mustafa əlavə edib ki, bu rəqəmin Qarabağda xidmət keçən kontingentimizin əmək haqqına nə dərəcədə təsir edəcəyini deyə bilməz, amma vacib məsələdir. Onun sözlərinə görə, Müdafiə Nazirliyində hər oğurlanan vəsait Azərbaycan əsgərinin haqqına girilməsidir. “Özəlləşmədən daxil olmadan gələn il 100 milyon manat nəzərdə tutulub, yəni builkindən 14 milyon az. Bu qədər boş qalmış müəssisələr niyə özəlləşdirilmir? Simvolik qiymətə özəlləşməyə təklif edin, 20-25 il sahibkar onun təyinatını dəyişdirməsin. 3 il öncə 10 min nəfərin işlədiyi tikinti şirkətini indi 100 nəfərlə formal olaraq saxlayıblar. Doğrudanmı biz bu gəlir sahələrini görmürük? Özəlləşdirmə qiymətlərini aşağı salmalıyıq”-deyə, F.Mustafa bildirib.
Deputat qeyd edib ki, dərman qiymətləri Türkiyədən üç dəfə bahadır: “30 ildir müstəqil dövlətik, hələ dərman problemini həll edə bilməmişik. Təhsildə də eyni problemləri görürük. Övladımızın təhsil aldığı 700 nəfərlik məktəbdə bu gün 2 min 400 nəfər təhsil alır”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı
