Fatih Terimə milli komandadan təklif
Bosniya və Hersoqovina Futbol Federasiyası “Qalatasaray”ın baş məşqçisi Fatih Terimə təklif göndərib.
Fanat.az xəbər verir ki, federasiya milli komandanı “İmperator” ləqəbli mütəxəssisə tapşırmaq istəyir. Bu barədə “A Spor”da yayımlanan “İdman Gündəmi” proqramında “Fotomaç” qəzetinin redaktoru Zeki Uzundurukan açıqlama verib.
Onun sözlərinə görə, federasiya rəhbərliyi Fatih Terimə həm “Qalatasaray”ı, Bosniya və Hersoqovina millisini çalışdırmağı təklif edib.
Bosniya və Hersoqovina Federasiyası ilə Fatih Terim arasında vasitəçilik edən “Qalatasaray”ın sabiq futbolçusu Tarık Hodziç də açıqlama verib. Onun sözlərinə görə, mütəxəssis federasiyadan rəsmi təklif gözləyir.
Tarık Hodziç bildirib ki, Fatih Terimin vasitəçisi kimi bəzi rəsmi şəxslərlə görüşlər keçirib: “Fatih Terim federasiyanın rəsmi təklif göndərməsini istədi. Bu təklifə əsasən cavabını verəcək. Milli komandalarda baş məşqçilərlə bağlı danışıqları aparan Sead Kaytazla görüşdüm və Terimin istəyini çatdırdım”.
Məlumata görə, Bosniya və Hersoqovina Futbol Federasiyasının rəsmilərindən Zvyezdan Misimoviç də ötən həftə İstanbulda Fatih Terimlə görüşüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Qarabağ" leqioeri ilə yollarını ayırdı
DYP-dən "Qarabağ" azarkeşlərinə müraciət
Dünyanın ən bahalı futbolçusu oldu - 229 milyon avro
"Barselona" Arda Turanı satıb bu futbolçunu alır - FOTO
“Fənərbaxça”da yeni prezident: 20 illik dövr başa çatdı
"Spartak" azərbaycanlı futbolçu ilə uzunmüddətli müqavilə imzalayıb