Fatih Terim Arda Turan üçün klub rəhbərlərinə müraciət etdi
Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim Arda Turanın keçidi üçün yenidən klub rəhbərlərinə müraciət ünvanlayıb.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis klub prezidenti Mustafa Cengiz, birinci vitse-prezident Abdurrahim Albayrak və digər rəsmi şəxslərlə cari mövsümdəki çıxışla bağlı fikir mübadiləsi aparıb.
Terim 33 yaşlı yarımmüdafiəçinin İstanbul təmsilçisinə qaytarılmasını və rəhbərliyin bu mövzuya diqqət yetirməli olduğunu bildirib.
Klub rəsmiləri məsələnin yenidən müzakirə ediləcəyini söyləyib.
Qeyd edək ki, Arda Turanın “Barselona” ilə sözləşməsi iyunun sonunda bitib. O, 2019/2020 mövsümündə icarə əsasında “Başakşehir”də oynayıb. Bu ilin əvvəlindən isə Arda Turanla müqaviləyə xitam verilib. Futbolçu 2000 – 2011-ci illərdə “Qalatasaray”ın şərəfini qoruyub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək