Faiq Ağayev PRoMete ilə oxudu
Rep ifaçısı PRoMete (Pərviz İsaqov) Xalq artisti Faiq Ağayevlə birgə oxuduğu “Anaya məktub / Bəlkə də” adlanan duetə ekran həyatı verib.
Minval.info xəbər verir ki, sözləri Vaqif Səmədoğlu, musiqisi PRoMete və Elgün Ataxanlıya aid olan trekdə PRoMetenin də əlavələri olub. Arajımanı isə Yaşar Baxış və Elgün Ataxanlıya həvalə edilib.
Klipin rejissorluğunu Nail Naiboğlu edib.
“Mahnını birlikdə ifa etməyimizə razı olduğu üçün dəyərli sənətkarımız Faiq Ağayevə qəlbdən təşəkkürlərimi göndərirəm.
Adını “Anaya məktub” qoyduğumuz bəstə musiqisi Emin Sabitoğlu, sözləri Vaqif Səmədoğluya aid olan “Bəlkə də” mahnısının motivləri əsasında yazılıb” deyə, PRoMete bildirib.
Qeyd edək ki, klip rep ifaçının rəsmi “Youtube” kanalında yayımlanmaqdadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə aktyor Serhat Mustafa Kılıç vəfat etdi
Alen Simonyan ailə həyatı qurdu
Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir
Seda Sayandan səhnədə romantik etiraflar!
Bakıda qardaşlar arasında avtomobil qalmaqalı!
Nina Dobrev Venesiya festivalında qırmızı xalçadan çıxarıldı
Toydan dönən sürücü qəzaya düşdü: Yaralılar var