Fahrettin Altundan “Help Turkey” açıqlaması: “Türkiyəni aciz göstərmək üçün başladılıb”
“Xaricdən təşkil edilən “yardım” kampaniyaları ideoloji motivlərlə dövlətimizi aciz göstərmək və dövlət-millət birliyimizi zəiflətmək üçün başladılıb”.
“Haber Global”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun özünün “Twitter” hesabından bəyan edib.
O, Türkiyəni cənginə alan meşə yanğınları ilə mübarizədə dövlətin bütün vasitələrini səfərbər etdiyini vurğulayıb və 35 əyalətdə 129 yanğından artıq 122-sinin nəzarət altına alındığını vurğulayıb.
“Türkiyəmiz güclüdür. Dövlətimiz ayaqdadır. Prezidentin dediyi kimi, itirdiyimiz həyatlar istisna olmaqla, bütün itkilərimizi kompensasiya edəcəyik, bizi yandıran bu atəşi söndürəcəyik. Hazırda sosial media platformalarında, mesajlaşma qruplarında və forumlarda yayılan məlumatların əksəriyyəti saxta xəbərlərdir. Bu gün belə bir təbii fəlakətə baxmayaraq, belə yalanları yayanların tələsinə düşməyin. Ancaq rəsmi orqanların açıqlamalarına etibar edin”, – deyə Fahrettin Altun əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putin Rusiya əhalisinin sayının azalmasından narahatdır
İranda koronavirusdan ölənlərin sayı azalıb
Rusiyada olan azərbaycanlılar üçün çətin dövrlər başlayır
Gürcüstanda daha 47 nəfər COVID-19-dan ölüb
İranın Qərbi Azərbaycan əyalətində 3 SEPAH hərbçisi öldürülüb
Moskvada atışma olub, 2 nəfər ölüb, 3 nəfər yaralanıb