"Facebook" "like"ları göstərməyəcək
“Facebook” sosial şəbəkəsi istifadəçilərin postları altında “like”ların sayını gizlədəcək.
“TechCrunch” yazır ki, bu yolla servis administrasiyası istifadəçiləri şöhrət davasından və qısqanclıqdan qorumaq niyyətindədir.
Qeyd olunur ki, bəziləri “like”ları artırmaq üçün özləri öz paylaşımlarını bəyənirlər.
Ceyn Mançun Vonq adlı istifadəçi deyib ki, “Facebook” şəbəkəsi Android üçün əlavədə “like”ları gizlədən pəncərə maketi yaradıb. Servis əməkdaşları bu layihə üzərində işlədiklərini təsdiqləyiblər, lakin həmin funksiya hələlik istifadəyə verilməyib.
Çox güman ki, “Facebook” adıçəkilən funksiyanı tədricən tətbiq edəcək. Əgər bu, istifadəçilərə ciddi şəkildə mane olsa və reklamdan əldə edilən gəlirləri azaltsa, funksiya ləğv olunacaq.
Xatırladaq ki, 2019-cu ilin yazından belə funksiya “Instagram”da bəzi ölkələrin istifadəçiləri üçün tətbiq olunub. Kanadadan olanlar üçün sınaqdan keçiriləndən sonra siyahıya Braziliya, Avstraliya, Yeni Zelandiya, İtaliya, İrlandiya və Yaponiya əlavə olunub.
Həmin ölkələrdə postların müəllifi “like”ların sayını görə bilsə də, istifadəçilər üçün bu məlumat gizli saxlanılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq