"Facebook" İqor Korotçenkonun ermənilərin şikayətinə görə bağlanmış səhifəsini bərpa edib
“Facebook” sosial şəbəkəsi Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenkonun ermənilərin şikayətinə görə bağlanmış səhifəsini bərpa edib.
Minval.info Trend-ə istinadən bildirir ki, bu barədə İ.Korotçenko öz “Telegram” kanalında bildirib.
“Sosial şəbəkədəki səhifəmin bağlanması ilə bağlı KİV-lərin reaksiyası, bloqlarda və “Telegram”da yazılar sayəsində “Facebook” bloku qaldırdı. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm!”, – deyə ekspert bildirib.
Qeyd edək ki, bu gün İ.Korotçenko “Niyə 30 il ərzində ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində hər şeyi dağıdıb və heç nə inşa etməyib?” sualına görə “Facebook” səhifəsinin üç gün müddətində bağlandığını bildirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq