“Facebook”da yeni funksiya aktivləşdirildi
Mark Zukerberq “Facebook”da insanlara göndərdikləri mesajları ləğv etmək imkanı yaradıb.
Bu barədə Medusa saytı məlumat yayıb.
Məlumata görə, 5 fevraldan etibarən istifadəçilər göndərdikləri mesajların üzərinə “klik”ləyib “hər kəsdən sil” funksiyasını seçərək mesajı silə bilərlər. Bu, ancaq ilk on dəqiqə ərzində mümkün olacaq.
Funksiya İOS və Android sistemlərində bu gündən tətbiq olunmağa başlayıb. Mesajın silindiyi dərhal bilinir.
“Facebook” bəyan edib ki, mesajlar silinsə də,istifadəçilərin təhqirlərə görə şikayət etmək haqları var.
Keçən ilin aprel ayında Mark Zukerberqin adi istifadəçilərdən fərqli olaraq öz mesajlarını silə bildiyi məlum olub. İnsanlar bunu biləndə, şirkət bir neçə aya bu imkanı hər kəs üçün mümkün edəcəyinə söz verib.
Ən məşhur “Messenger”lər arasında bu funksiya ilk dəfə 2015-ci ilin noyabrında “Viber”də quraşdırılıb. “Telegram”a bu imkan 2017-ci ilin avqustunda verilib və mesaj göndərildikdən 48 saat müddətində onu silmək mümkün olub. Həmin ilin oktyabr ayında “Whatsapp”da da bu imkan reallaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq