“Facebook”da növbəti qalmaqal - Bu dəfə 540 milyon istifadəçinin...

İnformasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış “UpGuard” şirkəti 540 milyondan çox “Facebook” istifadəçisinin məlumatının internetdə yerləşdirilməsi haqqında məlumat yayıb.
Minval.İnfo “ICTnews”a istinadən xəbər verir ki, istifadəçilərin məlumatı Meksikanın “Cultura Colectiva” rəqəmli platformasında aşkar edilib.
Bundan başqa, artıq mövcud olmayan “At the Pool” proqramında ad, parol, elektron poçt ünvanları və başqa məlumatlar əlçatan olub.
Qeyd edək ki, son zamanlar “Facebook” şəxsi məlumatların itkisi ilə bağlı çoxsaylı qalmaqalların mərkəzindədir. Avropa İttifaqının yeni qanunvericiliyinə əsasən, məlumatların təhlükəsizliyinə riayət etməyən şirkətlər gəlirlərinin 4%-dək hissəsini ödəməli olacaqlar.
Xatırladaq ki, 2018-ci il sentyabrın sonunda “Facebook” sosial şəbəkəyə müdaxilə aşkar etmişdi. Hakerlər “Facebook”un proqramlaşdırma kodunda boşluqdan istifadə edərək istifadəçi hesabları üzərində nəzarəti ələ keçirmişdilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq