“FaceApp” haqqında yayılan iddialara cavab verdi
Fotoşəkillərin işlənməsi üçün nəzərdə tutulmuş “FaceApp” tətbiqi haqqında yayılmış iddialara cavab verib.
TASS-ın məlumatına görə, proqramın yaradıcısı Yaroslav Qonçarov məlumatların üçüncü tərəfə ötürülməsi ilə bağlı informasiyaların yanlış olduğunu deyib.
“Hazırda bizim məlumat mərkəzimizə müraciət edən insanların əksəriyyəti fotolarının silinməsini tələb edirlər. Ciddi basırıqlıq yaranıb. Amma bu, bizim üçün prioritet məsələdir”, – deyə Qonçarov bildirib.
O, həmçinin əlavə edib ki, məlumatların üçüncü tərəfə ötürülməsi müzakirə mövzusu deyil: “FaceApp” üzərində iş görülən fotoların böyük hissəsini “buludlar”da saxlayır. Biz sadəcə istifadəçinin redaktə üçün seçdiyi fotoları yükləyirik. Heç vaxt əlavə hansısa fotonu götürmürük. Yüklənən şəkillər isə 48 saat ərzində serverlərimizdən silinir”.
Qeyd edək ki, ABŞ Senatında demokratların lideri Çak Şumer “FaceApp” tətbiqinin insanların məlumatlarını üçüncü tərəfə satması ilə bağlı iddia ilə çıxış etmişdi.(bizimyol.info)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq
