Fabreqas Mesut Özili tənqid etdi: "Onda bu xüsusiyyət yoxdur"
Monaco-da forma geyinən Sesk Fabreqas sabiq komandası Arsenal-ın Avropa Liqasının finalında Chelsea ilə keçirdiyi oyunu dəyərləndirib.
İspaniyalı futbolçu “topçular”ın məğlubiyyətini (1:4) komandadakı lider çatışmazlığı ilə əlaqələndirib.
O, xüsusən də, almaniyalı yarımmüdafiəçi Məsut Özili tənqid edib: “Səndə liderlik bacarığı ya olur, ya da olmur. Özil Real-da futbol tarixinin ən yaxşılarından olan Kriştiano Ronaldo da daxil olmaqla, top-oyunçuların əhatəsində idi. Onun da yüksək səviyyədə oynadığına şübhə etmirəm. Amma əgər Real, Barcelona və Bayern Munich kimi dünya nəhənglərini tərk edirsənsə, geri addım atırsan. Bu 3 klubda deyilsənsə, özünü daha yaxşı tərəfdən göstərməlisən, çünki ən yaxşıların əhatəsində deyilsən. Səni komandanın lideri olmağın üçün alıblar. Ancaq mənim fikrimcə, Məsutda bu xüsusiyyət yoxdur. Hər gün onunla birlikdə məşq etmirəm. Amma hesab edirəm ki, Məsut liderlik keyfiyyətinə sahib deyil”.
Qeyd edək ki, Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda keçirilib.
Goal.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi