Fəzail İbrahimli: Kim yeyib dağıdıbsa, canı çıxsın, ödəsin
Mən “borcların silinməsi” sözünü başa düşmürəm. Kim yeyib, kim dağıdıbsa, canı çıxsın, gəlsin, cavabını versin, ödəsin.
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Fəzail İbrahimli parlamentin komitə iclasında bildirib.
“Burada deyildi ki, borclar silinməlidir. Ay qardaş, bu nədir?”, – deyən millət vəkili bu məsələnin anlaşılmaz olduğunu və qaranlıq məqamlardan xəbər verdiyini bildirib.
“Kim bələdiyyəni yeyib, dağıdıbsa, gəlsin, canı çıxsın, ödəsin. Onu edənləri “İnterpol”la da axtarıb, tapmaq mümkün deyil?! Mən, vallah, bu “silinmək, silinməlidir” sözünü hələ də anlaya bilmirəm. Yeyirlər, dağıdırlar, gedirlər, sonra da cəzasını yeni bələdiyyə üzvləri çəkir. Bunu yığışdırmaq lazımdır. Yemisən, canın çıxsın, gəl, ödə”, – deyə millət vəkili əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı