"Fənərbağça" Özilin maaşını açıqladı
Türkiyənin “Fənərbağça” klubu yeni transferi Mesut Özilin maaşını açıqlayıb.
“Minval.info” İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub cari mövsüm 33 yaşlı yarımmüdafiəçiyə ödəniş etməyəcək.
Özilin məvacibini sabiq klubu “Arsenal” ödəyəcək. Təcrübəli futbolçu növbəti 3 mövsümün hər birində “Fənərbağça”dan 3 milyon avro maaş alacaq. O, əlavə olaraq, 550 min avronu isə imza üçün əldə edəcək.
Qeyd edək ki, “Fənərbağça” Mesut Özilin imza mərasimini yanvarın 27-də təqdim edəcəyini açıqlayıb. Xarici media isə Özilin illik 7.5 milyon avro maaş alacağını yazıb. Türkiyəli şərçilər də müqaviləyə şübhə ilə yanaşıblar. Karyerası Özil qədər olmayan Maks Kruzun “Fənərbağça”dan illik 5 milyon avro aldığını nəzərə alan zaman, Özilin 3 milyon avroya imza atmasının inandırıcı gəlmədiyini bildiriblər.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək