Evlərin alqı-satqısı ilə bağlı MÜHÜM XƏBƏR - Qaydalar dəyişir - VİDEO
Ev alğı-satqısı zamanı verilən beh notarial qaydada təsdiqlənəcək. Bu, evlərin alqı-satqısı prosedurunun dəyişməsi ilə mümkün olacaq.
Musavat.com xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bu məsələ müzakirə olunub və Mülki Məcəlləyə təklif olunan müvafiq dəyişiklik parlamentin plenar iclasına tövsiyə edilib.
Əmlak eksperti Ramil Osmanlı “Xəzər Xəbər”ə bildirib ki, bu dəyişikliyin qəbulu beh alan şəxsin məsuliyyətini daha çox artıracaq. Çünki bir çox hallarda ev alğı-satqısı zamanı problemi beh alan tərəf yaradır…
Ekspertin sözlərinə görə, dəyişiklik qəbul olunsa, bu kimi problemlər də aradan qalxacaq.
Ekspert Ramil Osmanlının fikrincə, qanuna dəyişiklik qəbul olunsa, beh müqavilələrinin imzalanmasına görə notariusda ödənməli olan rüsümlara da yenidən baxılmalıdır. Çünki alğı-satqı zamanı ev satan tərəf bir çox rüsumlar ödəyir. Bir də behə görə ödənəcək məbləğ bura əlavə olunsa, onun xərcləri artacaq. Ona görə ev alğı-satqısı zamanı ödənəcək rüsumların azaldılması istiqamətində də addım atılmalıdır.
https://youtu.be/xX2abI5MOts
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kəlbəcərdə itkin düşən baş leytenantın nəşi tapılıb
Xırdalanda 4 uşaq acınacaqlı vəziyyətdə yaşayır
Akif Çovdarovdan şikayətçi olan biznesmen həbs edildi - FOTO
Nabranda itən 3 yaşlı uşaqla bağlı – FHN-dən açıqlama
Türkiyədə yenə zəlzələ oldu
Ana və övladlarını öldürən şəxs məktəb direktoru olub