"Eurovision" geyləri təbliğ edir" - Nüşabədən şok sözlər
Əməkdar artist Nüşabə Ələsgərli Britaniyanın Azərbaycandakı Səfirliyinin qarşısından LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) bayrağı asılan görüntüləri sosial şəbəkə hesabında yayımlayıb.
Axşam.az-ın məlumatına görə, sənətçi son günlər geylərin sayının çoxalmasını vurğulayıb. Ələsgərli hətta “Eurovision” mahnı yarışmasının LGBT-ni təmsil etdiyini yazıb:
“Belə insanlardan qorxmayın. İnsan olmağına insandır, sadəcə, hormonu dəyişik düşüb, yaxud da pozulub. Amma onu deyə bilərəm ki, son zamanlar daha da çoxalıblar. Axırda kişilər “Qırmızı kitab”a düşəcəklər.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Yeri gəlmişkən, “Eurovision” əməlli başlı təbliğ edir. Nə olacaq bu işlərin sonu?
Mənim onlara qarşı heç bir aqressiyam yoxdur. Mən kiməm ki, Allahın yaratdığına kimliyindən asılı olmayaraq məsxərə edim”.
Nüşabə əvvəlcə paylaşımındakı şərh bölümünü bağlayıb. Müğənni daha sonra paylaşımını silib.
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"