Estoniya baş nazirinin əri ilə bağlı QALMAQAL: Rusiya və Belarusda mitinqlərin dağıdılmasında iştirak edib?
Estoniya baş naziri Kaya Kallasla, daha doğrusu həyat yoldaşı ilə bağlı yaranan qalmaqal səngimir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, yerli jurnalistlər demək olar ki, hər gün baş nazirin ərinin Rusiyadakı biznesi ilə bağlı maraqlı məlumatlar yayırlar.
Eston jurnalistləri aşkar ediblər ki, Kaya Kallasın əri ilə əlaqəli olan “Stark Logistics” şirkəti Rusiyaya gözyaşardıcı qaz hazırlamaq üçün istifadə edilən aerozol qutuları üçün komponentlər verib. “Tümenskiye Aerozolı” şirkəti Rusiya və Belarusun Daxili İşlər Nazirliyinə qaz qutuları satıb – onların köməyi ilə polis etiraz aksiyalarını dağıdıb.
Estoniya mediası hesab edir ki, “Metaprint” və “Stark Logistics” eyni əsas sahibinə malikdir. Baş nazir Kaya Kallas isə bütün bunlardan xəbəri olmadığını iddia edir.
Tümen zavodu 2018-ci il də Belarusda “Rusiya və Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları bizim gözyaşardıcı qazımızı qiymətləndirdilər!” şüarı ilə reklam kampaniyası belə aparıb.
Xatırladaq ki, bu yaxınlarda Kaya Kallasın ərinin Rusiyanın Metaprint şirkəti üçün daşınma ilə məşğul olan “Stark Logistics” şirkətində mühüm pay sahibi olduğu da aşkarlanıb.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Meloni İtaliyada yeni siyasi rekord qırdı
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"