Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: üzə çıxan faktlar
Baku.ws-ın məlumatına görə, Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixi izlərini öyrənmək məqsədi ilə həyata keçirilən “Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində yeni faktlar üzə çıxarılıb. Bu layihə “AZfront” və “Kuzari” təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə əməkdaşlığının nəticəsidir.
Layihənin əsas məqsədi, tarixi yurdlarından məcburi köçkün düşmüş azərbaycanlıların keçmiş məskənləri haqqında məlumatları gənc nəsillərə çatdırmaqdır. 2021-2024-cü illər arasında aparılan çöl tədqiqatları zamanı, müasir Ermənistan ərazisində azərbaycanlıların yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb. Bu materiallar arasında qəbiristanlıqlar, pirlər, məscidlər və digər türk mədəni-tarixi abidələr yer alır.
Baku.ws-a danışan ekspertlər bildiriblər ki, layihə çərçivəsində toplanan materiallar Azərbaycan, rus və ingilis dillərində təqdim olunacaq. Hər bir kənd haqqında ayrıca mətn və video hazırlanacaq və mərhələli şəkildə təqdim ediləcək.
Layihənin növbəti mərhələsində Ayrım kəndi üzərində dayanılıb. Tarixi məlumatlara görə, bu kənd 1995-ci ildən Ermənistanın Lori vilayətinə daxildir. Əvvəllər isə çar Rusiyası dövründə Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olub. 1914-cü ilə qədər kənddə əsasən azərbaycanlıların əcdadları yaşayıb.
“Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində, azərbaycanlıların qədim məzar daşlarının olduğu qəbiristanlıq kimi irslər sənədləşdirilib. Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu gün Həsən bəy Zərdabinin anım günüdür
3800 il əvvələ aid borc dəftəri tapıldı: hesab pivə ilə bağlanırmış
Fələstində məşhur arxeoloqun qətlinin sirri: Torpaq münaqişəsi izi
Ardanış kəndinin azərbaycanlı əhalisinin tarixçəsi araşdırılıb
La Navidad qalası: ilk İspan məskəninin sirri hələ də açılmayıb