Ermənistanın süni intellekt atılımı: 5 milyard dollarlıq nəhəng layihə regionu necə dəyişdirəcək?
Hazırda dünya miqyasında süni intellekt sahəsində ciddi rəqabət yaşanır. Ölkələr bu sahədə liderlik uğrunda mübarizə aparır və əsas suallardan biri, hansı ölkənin daha çox hesablama gücü yarada biləcəyidir.
Ermənistan, “Firebird” şirkəti ilə 5 milyard dollarlıq müqavilə imzalayaraq, Razdan (Dərəçiçək) yaxınlığında 250 meqavatlıq süni intellekt fabriki qurmağı planlaşdırır. Bu data-mərkəz, 250 MVt elektrik enerjisini hesablama gücünə çevirməyi nəzərdə tutur.
Minval.info xəbər verir ki, gələcəkdə bu gücün 2 giqavata qədər artırılması planlaşdırılır. Eyni zamanda, Qazaxıstan da Ekibastuz yaxınlığında daha böyük miqyasda oxşar layihə həyata keçirərək “data-mərkəz vadisi” yaratmağa çalışır. Bu layihələr nəticəsində hər iki ölkənin süni intellekt mərkəzinə çevrilməsi gözlənilir.
ƏLAQƏLİ
Kızılcık şerbeti'ndə mövsüm dəyişikliyi: Əsas obrazlar serialı tərk edir
“NVIDIA” şirkətinin rəhbəri Ceysen Huanq, Ermənistan və Qazaxıstanın süni intellekt üzrə regional mərkəzə çevrilmələrinin xarici texnoloji şirkətləri və startapları cəlb edə biləcəyini bildirib.
İnformasiya texnologiyaları üzrə ekspert Natiq Məmişov bildirib ki, “Firebird”in hazırkı planı Ermənistan üzrə 300 MW-a qədər AI infrastrukturu və 70 mindən çox “NVIDIA Blackwell” “Rubin GPU” yerləşdirməkdir. Əvvəlki mərhələlərdə Hrazdanda 100 MW və təxminən 500 milyon dollarlıq ilkin layihə açıqlanmışdı. Daha geniş “Firebird” planlarında Ermənistan və digər bazarlarda giqavat miqyasında genişlənmə nəzərdə tutulur.
Ekspertin sözlərinə görə, bu layihə üç əsas üstünlük yarada bilər: birincisi, ölkəyə böyük həcmli “GPU compute” gətirə bilər və yerli şirkətlərin, universitetlərin və startapların böyük modelləri train və fine-tune etməsini asanlaşdırır. İkincisi, “NVIDIA”, “Dell” və digər ABŞ texnologiya sistemi ilə birbaşa əlaqə deməkdir. Üçüncüsü, bu tip layihə özü ilə mühəndisləri, cloud provayderləri, şirkətləri çəkə bilir.
ƏLAQƏLİ
Sovet balerinasının həyatı bitdi: Natalya Trubnikovanın son anları və unudulmaz rolları
O qeyd edib ki, data-mərkəz təkcə servis binası deyil, bu çox strateji məsələdir. Yaxın gələcəkdə regionda hesablama gücünün harada olduğu sualının birmənalı cavabı Ermənistan ola bilər, çünki kimsə nəsə qurmaq istəyəndə hazır infrastrukturu olan yerə üstünlük verəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kızılcık şerbeti'ndə mövsüm dəyişikliyi: Əsas obrazlar serialı tərk edir
Toy mövsümü yaxınlaşır: Qiymətlərdə artım və tarixlərdə sıxlıq yaşanır
Murad dadaşovun toyunda Lentə alınan görüntülərini paylaşdı